Azərbaycan–Əlcəzair əməkdaşlığı inkişaf edir

post-img

Noyabrın 29-da Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi Lounes Magramane ilə görüşüb. 

Görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaş­lıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dia­loqun, məsləhətləşmə mexanizminin, parlamentlərarası əməkdaşlığın və qar­şılıqlı yüksək səviyyəli səfərlərin əhə­miyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında enerji, kənd təsərrüfatı, humanitar, səhiyyə və digər sahələrdə əməkdaşlığın perspek­tivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dönəmində irəli sürülmüş təşəb­büslərin təsisatın yenidən dirçəlməsi is­tiqamətində mühüm rol oynadığı təqdir olunub. Əlcəzairin BMT-nin Təhlükəsiz­lik Şurasının qeyri-daimi üzvü seçilmə­sinin əhəmiyyəti vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı müqabil tərəf Azər­baycana qarşı hərbi təcavüzün ta­rixi, postmünaqişə dövründə Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi barədə ölkəmizin baxışı barədə məlumatlandırılıb.

Son xəbərlər