Aktrisa hədəfdə

post-img

İranda məşhur aktrisa Azadə Səmədinin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, aktrisanın Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanın­da pasportu əlindən alınıb və ona ölkədən çıxmasına icazə verilməyib.

Buna səbəb isə onun həmkarının dəfn mərasimində hicaba riayət etməməsinə görə barəsində iş açılması olub.

Azadə Səmədi Hindistanda Goa şta­tında keçirilən 54-cü Hindistan Beynəlxalq Film Festivalına yollanmaq niyyətində olub.

XQ

Son xəbərlər