Səhrada kurort möcüzəsi

post-img

Qırmızı dənizin Əqəbə körfəzi yaxınlığındakı səhra tezliklə futuris­tik kurort zonasına çevriləcək. La­yihə müəlliflərinin sözlərinə görə, tipik kurort zonaları öz bəsitliklərinə və riayət edilməli olan uzun-uzadı standartların və ənənələrin siyahısı­na görə artıq insanları bezdirib. 

Bunun əvəzinə, kurort həvəskarları­na futuristik və innovativ dizayna malik “ilğımlardan ibarət konsepsiya” təqdim olunması nəzərdə tutulur. Bu göydələn­lər özlüyündə səyyahların gözlərini yanıldan və bənzəri olmayan zövqlər burulğanı bəxş edən səhra ilğımlarını xatırlatmalıdır.

Layihə üzrə inşa ediləcək ilk göy­dələnin hündürlüyü 225 metr, ikincisi­nin isə 275 metr olacaq. Bu binaların yanında çox hündür olmayan və təsər­rüfat obyektlərinin və xidməti otaqların yerləşəcəyi qüllə kompleksi tikiləcək. Körfəzin düz sahilində isə dizaynı bir­başa yerli relyeflə uzlaşan 50 çimərlik villası inşa olunacaq.

XQ

Dünya