Nərimanov və Nəsimi rayonlarında oğurluq olub

post-img

Paytaxtın Nərimanov rayonu ərazisində bir nəfərin içərisində 500 manat pulu və bank kartı olan cüzdanının oğurlanması və həmin bank kartından hesabındakı 211 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir Quliyev müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonu ərazisində isə mənzildən qızıl-zinət əşyaları, sənəd və bank kartının oğurlanması və həmin bank kartından 3000 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 21-ci bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Xuduyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər