Baş prokuror Kamran Əliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun Prezidenti Mazin bin İbrahim Əl-Kahmusun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Baş Prokurorluğunda keçirilən ikitərəfli görüş zamanı Kamran Əliyev Prezident İlham Əliyevin prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi barədə qonaqlara ətraflı məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Mazin bin İbrahim Əl-Kahmus rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib, xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.
Sonra Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
XQ