Vyetnamda səfərdə olan Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq arasında görüş keçirilib.
Le Hoay Çunq Vyetnamın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
YAP Sədrinin müavini ötən il Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb, ölkələrimizin bu müddət ərzində əhəmiyyətli nailiyyətlər qazandıqlarını bildirib. Ötən il Vyetnam Kommunist Partiyasının nümayəndə heyətinin ölkəmizə səfər etdiyini və YAP ilə VKP arasında səmərəli fikir mübadiləsinin aparıldığını söyləyib.
Xatırladaq ki, partiyalar arasında Əməkdaşlıq Sazişi imzalanıb.
XQ