Canavar sürüsü Xınalıqda vurnuxur

post-img

Qubada yağan güclü qardan sonra sürü halında dolaşan canavarlar Xınalıq kəndinin yaxınlığında müşahidə edilib. 

Kənd sakinlərinin dediklərinə görə, qar yağandan sonra ətrafda çox sayda canavar dolaşmağa başlayıb.  Sürüdə qurdların sayı 7-8, bəzən isə daha çox olub.  

Camaat ayıq-sayıq olduğundan hələ ki, sakinlərə heç bir ziyan dəyməyib. Amma canavarların adamlar üçün təhlükəli olduğu istisna edilmir.

Sakinlər bildiriblər ki, canavarların ovlanması qadağan olduğundan onlar yırtıcıları tüfənglə vurmağa çəkinirlər. 

XQ

 

Son xəbərlər