Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıb

post-img

Noyabrın 15-də səhər saatlarında Qaraçuxur qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə 2 nəfərin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talamaları barədə polisə məlumat daxil olub. 

Bu barədə XQ-yə Daxili İşlər  Nazirliyindən məlumat daxil olub. 

"Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1985-ci il təvəllüdlü Tural Xəlilov və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş 2001-ci il təvəllüdlü Sənan Məmmədov müəyyən olunaraq saxlanılıblar", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Son xəbərlər