Əminə Ərdoğan birinci xanımları “Qəzzanın səsi” olmağa çağırıb

post-img

Türkiyənin birinci xanımı Əminə Ərdoğan dünyadakı həmkarlarını İsrail ordusunun Fələstin anklavında dinc əhaliyə qarşı törətdiyi qətliamın dayandırılmasına kömək etmək üçün “Qəzzanın səsi” olmağa çağırıb. Məlumatı “Anadolu” verib. 

O, bunu dünya liderlərinin həyat yoldaşlarının və xüsusi nümayəndələrinin iştirakı ilə keçirilən “Fələstin üçün bir ürək” sammitinin açılış nitqində deyib: “Mən bütün dövlət başçılarının həyat yoldaşlarını Qəzza zolağında ölümlər və qətliam davam edərkən səsi kəsilən və susdurulanların səsi olmağa çağırıram”.

O, İsrailə xəbərdarlıq edib ki, Qəzzadakı hərəkətləri "keçmişdə yəhudilərin məhvi üçün törədilmiş qəddarlıq kimi" xatırlanacaq.

O xatırladıb ki, İsrail ordusu artıq Qəzza zolağına Xirosimaya atılan nüvə bombasının gücünə bərabər miqdarda partlayıcı atıb.

P.ƏMİRCANOV

XQ

Dünya