Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow – 2023" beynəlxalq sərgisində iştirak edir.
Noyabrın 15-də nazirliyin rəhbər heyəti Türkiyə Müdafiə Sənayesinin "ROKETSAN" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
"ROKETSAN" şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
***
Həmin gün Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti sərgisində nümayiş etdirilən İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
***
Dünən Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti sərgidə BƏƏ-nin "EDGE" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə də tanış olub.
Sərgi çərçivəsində şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
XQ