Azərbaycan-İran sərhədində zəlzələ olub

post-img

Azərbaycanın İranla sərhədində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə XQ-yə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, zəlzələ bu gün yerli vaxtla saat 09:18 dəqiqədə qeydə alınıb.

Zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub. Hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər