Sürücülərin nəzərinə!

post-img

Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində inşa olunan yeni yerüstü piyada keçidinin yürüyüş zolağının quraşdırılması ilə əlaqədar olaraq  4 noyabr saat 01:00-dan 07:00-dək işlərin aparıldığı zolaq üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları  və qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Son xəbərlər