Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürdəxanı qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat Xidmətindən XQ-yə verilən məlumata görə, həmin şəxs İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Xəyal Behbudov olub.
Bildirilib ki, araşdırmalarla onun ayrı-ayrı vaxtlarda Kürdəxanı və Pirşağı qəsəbələri ərazisində 4 evdən ümumilikdə 5600 manat dəyərində məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.
Rizvan FİKRƏTOĞLU
XQ

