Təlimlərə nə qədər taksi sürücüsü cəlb edilib?

post-img

Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi sürücülərindən 11 691 nəfəri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi təlimlərdən keçmək üçün müraciət edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) XQ-ə bildirilib ki, 24 sentyabr -31 oktyabr tarixlərində 8559 taksi sürücüsü təlimlərə cəlb olunub.

Qeyd edək ki, taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hədəflənib.

Son xəbərlər