Azərbaycanın Müdafiə naziri Çində

post-img

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çinə işgüzar səfəri davam edir.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyini ziyarət edib. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi dərin ehti­ramla yad edilib.

Sonra Müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkət rəhbərləri ilə görüşüb.

Ölkəmizin Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun da iştirak etdiyi görüşlərdə birgə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşı­lıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər