Möhtəşəm bayram şənlikləri

post-img

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü qardaş ölkənin möhtəşəm bayram tədbirləri ilə yadda qalıb. Ölkənin 81 vilayətində təntənəli tədbirlər keçirilib. Xüsusilə paytaxt Ankara və İstanbul 29 Oktyabr – Cümhuriyyət Günündə möhtəşəm proqramlara evsahibliyi edib.

Türkiyə Respublikasının qu­rulmasının 100-cü ildönümü mü­nasibətilə ölkənin dövlət rəsmiləri Cümhuriyyətin qurucusu Qazi Mus­tafa Kamal Atatürkün məzarını –Anıtqəbri ziyarət ediblər. Bu əlamətdar gün münasibətilə Tür­kiyə Prezidenti Administrasiyası­nın binasında təşkil olunan “Cüm­huriyyətin 100-cü ildönümündə 100 nəhəng yağlı boya əsəri” sərgisini ziyarət edən ölkə başçı­sı Rəcəb Tayyib Ərdoğan burada təbrikləri qəbul edib.

Ankaradakı rəsmi tədbirlər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmu­şun Birinci Parlament Binasında Qurtuluş Müharibəsi Muzeyini zi­yarəti ilə davam edib. İlk məclisin binasında böyük öndər Qazi Mus­tafa Kamal Atatürkün 1923-cü il oktyabrın 29-dakı çıxışı səsləndiri­lib, TBMM-in Sədri buradakı xatirə dəftərini imzalayıb.

Paytaxtda keçirilən rəsmi bay­ram tədbirləri rəsmi hərbi keçid və Mehtərən Qrupu, Türkiyə və Azər­baycan silahlı qüvvələrinin hərbi orkestrlərinin birgə ifasında “İs­tiqlal”, eləcə də digər marşlardan ibarət konsert proqramı ilə davam edib.

Türkiyə Böyük Millət Məclisinin binası qarşısında başlayan “Cüm­huriyyətimizin 100-cü İli” paradın­da 16 türk dövləti və toplumunu təmsil edən bayraqlar nümayiş olunub.

Bayram tədbirləri çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin “SOLO türk” akrobatik aviasiya komandası Anıtqəbir üzərində nümunəvi uçuşlar edib. “Baykar” şirkətinin istehsalı olan 9 “Akıncı” pilotsuz uçuş aparatı (TİHA) və “Kızılelma” pilotsuz hərbi təyyarəsi ölkə səmasında uçuş edərək türk bayrağını çəkib.

Naxçıvanda şənlik

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Türkiyənin Naxçıvandakı baş konsulluğu tərəfindən tədbir təşkil edilib.

Naxçıvan Muxtar Respubli­kasında Azərbaycan Respublika­sı Prezidentinin səlahiyyətli nü­mayəndəsi Fuad Nəcəfli, qardaş ölkənin Naxçıvandakı baş konsulu Asip Kaya, digər rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət nü­mayəndələri tədbirdə iştirak edib­lər.

“Şəhidlər xiyabanı”nda qardaşlıq coşqusu

Cümhuriyyət günü ilə bağlı Türkiyə və Azərbaycan şəhidlə­rinin xatirəsi anılıb.

Türkiyədə Respublikanın yaranmasının 100-ci ildönümü münasibətlə Türkiyənin Azərbay­candakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkə­mizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları oktyabrın 29-da Azərbay­canın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyublar.

Sonra Qazi Mustafa Kamal Atatürk və döyüş yoldaşlarının xa­tirəsi bir dəqiqəlik sükutla yad edi­lib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respub­likasının İstiqlal Marşı səsləndirilib.

 

Ə.BƏDƏLOV,
İ.HƏSƏNQALA
XQ

Son xəbərlər