Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi və tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. Bu tapşırıqdan irəli gələrək oktyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə nəzarət tədbirlərinin nəticələri haqqında iclas keçirilib. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildi­riblər ki, iclasda Dövlət Proqramının icrasına məsul olan aidiyyəti dövlət qurumlarının rəhbərləri və iş­ğaldan azad olunmuş ərazilərdə Azərbaycan Res­publikası Prezidentinin xüsusi nümayəndələri iştirak ediblər.

İclasda Dövlət Proqramında nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası üzrə işlərin gedişinə nə­zarətin birbaşa operativ və səmərəli təmini məqsə­dilə yaradılmış çoxfunksional interaktiv (onlayn re­jimdə kamera və peyk xəritələri) Elektron Portalın təqdimatı (boyukqayidish.gov.az) keçirilib, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2023-cü ilin birinci yarımilliyi üzrə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətin­də aparılmış monitorinq və qiy­mətləndirmənin nəticələri barədə hazırlanmış hesabatla çıxış edib. 

Sonra iclasda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsu­si nümayəndələri tərəfindən gö­rülən işlər barədə məlumat verilib və hesabatla bağlı ətraflı müza­kirələr aparılıb. 

Müzakirələr zamanı Böyük Qayıdışa dair I Dövlət Proqra­mının icrası zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb. 

İclasın yekununda “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində aparılmış monito­rinq və qiymətləndirmənin nəticələri barədə hazırlan­mış hesabatın Azərbaycan Respublikasının Prezi­dentinə təqdim edilməsi, habelə Dövlət Proqramının növbəti icra mərhələsində işlərin operativ, vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, həmçinin layihələrin icrası prosesində qarşıya çıxan çətinlik­lərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Son xəbərlər