Qərbi Azərbaycana qayıdış konfransı

post-img

Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) Haaqada yerləşən “Nieuws poort” media mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqla­rın Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda bey­nəlxalq konfrans keçirilib. 

Sonra Qərbi Azərbaycandan soydaş­larımızın zorla qovulmasını əks etdirən “Zəngəzur” sənədli filmi nümayiş olunub. 

Milli Məclisin deputatı, Qərbi Azər­baycan İcmasının rəhbəri Əziz Ələkbərli Qərbi Azərbaycan İcması və onun Qayı­dış Konsepsiyası barədə danışıb. Ermə­nistandan azərbaycanlıların mərhələlərlə qovulmasından bəhs edən Ə. Ələkbərli soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş fərdi və kollektiv cinayətlərə toxunub. O, Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı prinsipial mövqeyi, icma­nın İnzibati binasını ziyarət etməsi, Qərbi Azərbaycan İcmasının üzvlərinin hüquqla­rının bərpa olunmasına və onları doğma torpaqlarına qayıtmasına tam dəstəyini ifadə etməsi barədə məlumat verib. Deyib ki, Azərbaycan Prezidentinin dəstəyi icma üzvlərini bir daha ilhamlandırıb. 

Milli Məclisin deputatı, Qərbi Azər­baycan İcması sədrinin müavini Hikmət Məmmədov Qərbi azərbaycanlıların doğ­ma yurdlarına qayıdışının siyasi-hüquqi əsaslarından söz açaraq, son iki əsrdə erməni dövlət orqanlarının azərbaycanlı­lara qarşı sistemli şəkildə apardığı etnik təmizləmə, zorla köçürülmə, zorakılıq, kütləvi qırğın və soyqırımı siyasətinin nəticəsində Ermənistanın ermənilərdən ibarət monoetnik dövlətə çevrildiyini de­yib. 

Tədbirdə Niderlanddakı Azərbaycan və türk icmalarının üzvləri ilə bərabər, Latviya, Litva, Pakistan, Polşa, Ukrayna, yəhudi icmalarının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak edib­lər.

XQ

Son xəbərlər