FHN-in Şimal Regional Mərkəzi tərəfindən silsilə təlimlər keçirilib

post-img

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin 2023-cü ilin hazırlıq planına uyğun olaraq Mərkəz tərəfindən FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələrinin iştirakı ilə təlimlər keçirilib.

Nazirlikdən verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, hündürmərtəbəli binalardan, kimyəvi zəhərlənmə ocaqlarından, sel, torpaq sürüşməsi və digər təbii fəlakət zonalarından, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin qüvvələrin qarşılıqlı fəaliyyət üzrə təcrübənin artırılmasından ibarət olub.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.















Son xəbərlər