Çinə işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Çin Kommunist Partiyası Mərkəzi İntizam Komissiyasının və Milli Müşahidə Komissiyasının üzvü Vanq Hongjinlə görüşüb.
Görüşdə dövlətlərimiz və xalqlarımız arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Vanq 2008-ci ildə Çinin Siçuan əyalətində baş vermiş dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti tərəfindən dövlət büdcəsi hesabına yeni məktəbin inşasını minnətdarlıq hissi ilə xatırladığını qeyd edib.
Kamran Əliyev Çinin Milli Müşahidə Komissiyası tərəfindən Təmiz İpək Yolu Forumunun yüksək və peşəkar səviyyədə təşkil olunması və uğurlu keçirilməsi münasibətilə həmkarını təbrik edib.
Baş prokuror ölkəmizdə dövlət başçısı İlham Əliyevin siyasi iradəsinə və öncül beynəlxalq təcrübəyə əsaslanan antikorrupsiya islahatları barədə Vanq Honjini məlumatlandırıb.
Nümayəndə heyətinin Çinə səfəri başa çatıb.
XQ