Ədliyyə nazirinin Şəkidə vətəndaşlarla görüşü

post-img

Ədliyyə Nazirliyi Fikrət Məmmədov oktyabrın 20-də Şəki şəhərində Şəki, Qax və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib. 

Şəki regional ədliyyə idarəsində keçirilən görüşdə vətəndaşların ədliyyə fəaliy­yəti ilə bağlı müraciətləri din­lənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar veri­lib. Bu zaman Vətən mühari­bəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Səfər çərçivəsində nazir, həmçinin yerli ədliyyə orqan­larına və Şəki Məhkəmə Kompleksinə baş çəkərək iş şəraiti ilə tanış olub, fəaliy­yətin səmərəli təşkili, vətən­daşların müraciətlərinə daim diqqət və qayğı ilə yanaşıl­ması ilə bağlı tapşırıq və töv­siyələrini verib.

XQ

Son xəbərlər