Bişkekdə TDT-nin media toplantısı

post-img

Bişkekdə Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə rəhbər şəxslərinin 5-ci toplantısı keçirilib.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsma­yılov Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasının dünyamızın reallıqları fonunda daha bö­yük əhəmiyyət kəsb etdiyini diqqətə çat­dırıb. O vurğulayıb ki, media məkanında milli maraqların birgə təşviqi və qorunma­sına yönəlmiş ikitərəfli əməkdaşlıq mexa­nizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi, o cümlə­dən media sahəsində qarşılıqlı əlaqələrin yaradılması əsas məqsədlərdəndir.

Xatırladaq ki, TDT-nin media və İnfor­masiya üzrə məsul şəxslərinin 6-cı top­lantısı Özbəkistanda keçiriləcək. 

***

Həmin gün Əhməd İsmayılov ilə Öz­bəkistan Prezidenti Administrasiyası ya­nında İnformasiya və Kütləvi Kommuni­kasiya Agentliyinin baş direktoru Asadjan Xocayevarasında görüş keçirilib.

Görüşdə qarşılıqlı əməkdaşlığın ge­nişləndirilməsi perspektivləri müzakirə olunub. 

XQ

Son xəbərlər