Energetika Nazirliyi ilə Çinin Milli Enerji Administrasiyası Anlaşma Memorandumu imzalayıb

post-img

“Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çinin Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb.

Görüşdə iki ölkə arasında münasibət­lərin inkişafına dair müzakirələr aparılıb.

“Bir kəmər, bir yol”u ilk gündən dəstək­ləyən Azərbaycanın müxtəlif layihələr­lə bu qlobal təşəbbüsün reallaşmasına töhfələrindən danışılıb. “Dövlət başçıları­nın dostluğu və strateji baxışlarının mü­nasibətlərimizin hərtərəfli inkişafını təş­viq etdiyi, əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib. Çinə SOCAR tərəfindən Azərbaycan və digər mənşəli xam neft, neft məhsulları, neft-kimya məhsullarının, eləcə də ma­yeləşdirilmiş qazın (LNG) təchizatı, ölkə­mizin apstrim, daunstrim layihələrində və elekroenergetika sektorunda Çin şirkətlə­rinin iştirakı uğurlu enerji əməkdaşlığının nümunələri kimi qeyd edilib.

Görüş zamanı elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Res­publikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imza­lanıb.

XQ

 

Son xəbərlər