“Liderin ürəyi” filmi Heydər Əliyev Mərkəzində təqdim olunub

post-img

Dünən Heydər Əliyev Mərkəzində “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin təqdimatı keçirilib. 

Ekran əsəri ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yu­bileyinə həsr edilib.

Baş direktorun birinci müavini Mixa­il Qusman filmin nümayişindən əvvəl çıxışında bu ilin dahi Heydər Əliyevin adı, yüzilliyi ilə ayrılmaz şəkildə əlaqə­li olduğunu vurğulayıb. O, filmin niyə belə adlandırıldığı barədə də danışıb: “Ekran əsəri “Liderin ürəyi” adlandırı­lıb, çünki Heydər Əliyev bütün həyatı boyu ürəyini qorumadan işləyib, özünü bütövlükdə doğma xalqına həsr edib”. 

Əməkdar jurnalist qeyd edib ki, Heydər Əliyevin böyük arzusu idi ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin və bayrağı azad edilmiş Şuşada, bütün Qarabağda dalğalansın. “2020–ci il noyabrın 8-də Azərbaycan Bayra­ğı Şuşada, bu il sentyabrın 20-də isə bütün Qarabağda ucaldılıb”, - deyə o bildirib. 

Sonra “Liderin ürəyi” i filmi nümayiş olunub. 

Xatırladaq ki, “Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir. 

XQ

Son xəbərlər