Azərbaycanlı alimlər Bolqarıstanda

post-img

Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” adlı beynəlxalq elmi konfrans keçirilib. 

Ali məktəbdəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illiyinə həsr olunan mərasimdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov ölkələrimiz arasında mədəni əlaqələrinin inkişafında elm adamlarının xüsusi rolu olduğunu bildirib və onlara bu fəaliyyət­lərində uğurlar arzulayıb.

Konfransda Bakı Dövlət Universiteti­nin jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva xaricdə yaşayan soydaşlarımızın Azər­baycanın milli-mənəvi dəyərlərinin dün­yada təbliğ edilməsi missiyasının daşıyı­cıları, ana dilinin isə hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən güclü vasitə olduğunu söyləyib. 

Dövlət Dil Komissiyası yanında Mo­nitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, Bakı Slavyan Universi­tetinin prorektoru Nailə Xəndan, xalqlar arasında dostluğun möhkəmlənməsində dillərin qarşılıqlı əlaqəsinin rolundan söz açıblar. Sofiya Universitetinin “Azər­baycan dili və mədəniyyəti mərkəzinin” direktoru Sofiya Şıqayeva–Mitreskaya, Türkologiya və altayşünaslıq kafedrası­nın müdiri, professor İrina Sarıvanova kafedranın dosenti Milena İyordanova və basqaları Azərbaycan dilinin zənginli­yindən danışıb, bolqar dili ilə müqayisəli təhlillər aparıblar. 

XQ



Son xəbərlər