Baş nazirin indoneziyalı nazirlə görüşü

post-img

Oktyabrın 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xid­mətindən bildiriblər ki, görüşdə Azər­baycan ilə İndoneziya arasında qar­şılıqlı hörmət və dostluğa əsaslanan münasibətlərin mövcud olduğu vur­ğulanaraq, ötən ilin iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü ilə əlamətdar olduğu qeyd edilib.

Siyasi sahədə uğurlu əməkdaşlıq barədə söhbət açan Ə.Əsədov bey­nəlxalq təşkilatlar, o cümlədən, BMT, Qoşulmama Hərəkatı və İslam Əmək­daşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyi bu əməkdaşlığın mühüm fak­torlarından biri kimi dəyərləndirib.

Baş nazir ölkələr arasında ticarət dövriyyəsinin 2022-ci ildə 5 dəfə artdı­ğını nəzərə çatdıraraq, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər ölkələr arasında vətəndaş­lara dövlət xidməti sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu təsdiq edərək 2017-ci ildə Azərbaycan Res­publikasının Prezidenti yanında Vətən­daşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazir­liyi arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə əlaqədar fikir mübadiləsi apa­rıblar.

Qeyd edilib ki, Memorandumun ic­rası çərçivəsində İndoneziyada “ASAN xidmət” modeli əsasında Dövlət Xid­mətləri mərkəzləri fəaliyyət göstər­məkdədir. Bundan əlavə, İndoneziya tərəfinin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qulluqçularına “ASAN xidmət” ekspertləri tərəfindən ölkəmiz­də müxtəlif istiqamətlər üzrə mütəmadi olaraq təlimlər keçirilir.

Görüşdə, həmçinin iki ölkə arasında sərmayələrin qoyuluşu, enerji, huma­nitar və bir çox digər sahələrdə əmək­daşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

XQ

Son xəbərlər