Çində smartfon istehsalı və satışı iflasa uğrayıb

post-img

Rəsmi statistikaya əsasən, bu ilin səkkiz ayı ərzində Çində smartfon istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalıb. Makroiqtisadi problemlər Çində istehlakçıları böyük miqdarda smartfon almaqdan çəkinməyə vadar edib. Bu barədə Çin mətbuatı məlumat yayıb.

Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, smartfon istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq 679 milyon ədədə çatıb. Bu da 2014-cü ildən sonra ən böyük azalma hesab edilir.

Eyni zamanda, Çinin daxili bazarında da smartfon satışı 4 faiz azalıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər