İsrail Müdafiə Ordusu: Bu müharibədir, miqyası başqadır

post-img

Bu barədə İsrailin Müdafiə Ordusunun nümayəndəsi polkovnik Riçard Heks bildirib. Bu barədə “The Jerusalem Post” xəbər verir. 

Onun sözlərinə görə, hərbi əməliyyatların başlanmasından 48 saatdan çox keçməsinə baxmayaraq, İsrailin cənubunda HƏMAS-a qarşı mübarizə davam etdirilir: “Biz hələ də döyüşürük. Hazırda döyüşlər 6 şəhərdə davam edir. Bu müharibədir, miqyası başqadır”.

R.Heks konkret rəqəm deməsə də, onlarla israillinin girov saxlanıldığını söyləyib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Anar ƏLİ

XQ

Son xəbərlər