Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb

post-img

Əfqanıstanın Herat və qonşu qərb əyalətlərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 2445 nəfərə çatıb.

Təbii Fəlakətlərin İdarə Olunması Nazirliyinin sözçüsü Janan Saiq verdiyi açıqlamada zəlzələ nəticəsində həyatını itirənlərin sayının 2400-ə yüksəldiyini açıqlayıb.

Nazir müavini Saiq daha əvvəl 9 min 240 adam olaraq açıqlanan yaralıların sayını da revize etdi və 2 mindən çox adamın yaralandığını bildirib.

Zəlzələdən zərər çəkmiş kəndlərdə axtarış-xilasetmə işləri davam edərkən, təxminən 1200 nəfərin hələ də dağıntılar altında qaldığı təxmin edilir.

Qeyd edək ki, Əfqanıstanın Zindəcan bölgəsində dünən baş verən 6,3 bal gücündə zəlzələ 13 kənddə böyük dağıntılara səbəb olub, 1320 ev tamamilə dağılıb. Xəbəri Reuters yayıb. 

Anar ƏLİ,

XQ

Dünya