Alimlərimiz beynəlxalq endokrinoloji konqresdə

post-img

Avropa uşaq endokrinoloqlarının 61-ci illik beynəlxalq elmi konqresi bu il Niderlandın Haaqa şəhərində keçirilib. Dünyanın aparıcı ölkələrindən 5 minə yaxın nümayəndənin iştirak etdiyi məclisdə Azərbaycanı Tibb Universiteti II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb elmləri doktoru Gündüz Əhmədov və assistent İlsur Novruzov təmsil ediblər. 

Soydaşlarımızın “Uşaqlarda os­teogenez imperfekta və onun klinik xüsusiyyətləri” mövzusunda məruzəsi konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Məruzədə qeyd olunub ki, bu patologiyaya uşaqlar ara­sında az rast gəlinməsinə baxmayaraq, xəstəliyin diaqnostikası və müalicəsi indiyədək tam öyrənilməyib. Müəlliflər bu tip patologiyalı uşaqların klinik, la­borator diaqnostikasını, müalicəsini ət­raflı araşdırdıqlarını vurğulayaraq, əldə olunan nəticələri iştirakçıların nəzərinə çatdırıblar.

Gündüz Əhmədov XQ-yə bildir­di ki, konqresdə son illərdə uşaqlarda piylənmə, onun yaranma səbəbləri və müalicəsinin aparılması kimi məsələlər diqqət mərkəzində olub: “Bu baxımdan piylənmənin müalicəsi üçün Liraqlütid tərkibli dərman preparatlarının istifa­dəsi mütəxəssislərdə maraq doğurdu. Konqresdə uşaqlarda boy problemləri, cinsi inkişaf pozulmaları, böyrəküs­tü vəzin patalogiyaları, şəkərli diabet mövzularından da ətraflı söhbət açıldı. Məruzələrdə göstərildi ki, son illərdə uşaqlarda endokrinoloji patologiyala­rın müasir müalicəsinə də diqqət artıb. Məclisdə gündəlik boy hormonu inyek­siyaları əvəzinə, həftəlik inyeksiyaların artıq istifadəsinin, adrenal patologiya­larda hidrokortizonun sutka ərzində düzgün paylanmasını təmin edən yeni preparatların və uşaqlarda hiperxoles­terinemiyanın müalicəsində istifadə edilən müasir statin preparatların da təqdimatı oldu.

ATU-nun mətbuat xidmətindən isə bildirdilər ki, universitetin əməkdaşları­nın belə bir nüfuzlu tədbirdə iştirak et­məsi tədris müəssisəsinin beynəlxalq nüfuzunun yüksək olmasından irəli gəlir. 

Z.HÜSEYNOVA
XQ

Son xəbərlər