Tərtərdə 2 nəfər minaya düşüb

post-img

Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən bildirilib ki, Z.Həsənli minaya düşməsi nəticəsində ayağın­dan xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Araş­dırma aparılır.

Həmin gün saat 17 radələrində rayonun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tul­lantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

XQ

Son xəbərlər