“Xəzri-2023” birgə taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO

post-img

Oktyabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təlimi çərçivəsində keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.

Sonra HDQ-nin Mərkəzi Komanda Məntəqəsində nümayəndə heyətinə "Xəzri-2023" birgə taktiki təliminin planlaşdırılması, hazırlıq prosesi, eləcə də mərhələlər üzrə icra olunan fəaliyyətlər barədə məruzələr edilib. Qeyd olunub ki, İran İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin müşahidəçi qismində iştirak etdiyi təlim iki mərhələ üzrə icra edilir.

Təlimdə hər iki ölkənin hərbi qulluqçularının birgə fəaliyyətlərin icrasında yüksək peşəkarlıq nümayiş etdirmələri xüsusi vurğulanıb.
Müvafiq epizodlar üzrə icra olunan tapşırıqları Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında izləyən müdafiə nazirləri təlimin gedişatını müsbət qiymətləndiriblər.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin, eləcə də hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi oktyabrın 8-dək davam edəcək.


Son xəbərlər