Nobel Sülh Mükafatı iranlı hüquq müdafiəçisinə verilib

post-img

2023-cü il üçün Nobel Sülh Mükafatı iranlı hüquq müdafiəçisi, “İnsan hüquqlarının müdafiəsi” mərkəzinin vitse-prezidenti Hərgiz Məhəmmədiyə verilib. Bu qərarın Norveç Nobel Komitəsi tərəfindən elan olunduğu anda laureat həbsdə olub. Məlumatı “İnterfaks.ru” verib.

Mükafat Məhəmmədiyə “İranda qadınların təqib olunmasına qarşı mübarizədə və hamı üçün insan hüquq və azadlığının irəli aparılması sahəsində səylərinə görə” verilib. 

Norveç Nobel Komitəsi mükafatın həm də “Qadın-Həyat-Azadlıq” şüarı ilə 2023-cü ildə İranda qadınlara qarşı diskriminasiyaya etiraz edən minlərlə iranlıya həsr olunduğunu bəyan edib.

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər