“Bakının Qranada görüşündən imtina etməsi, iştirakçı ölkələrin qərəzli mövqeyinə adekvat davranışdır” – Ramin Əhmədov

post-img

“Güclü və qalib dövlət belə olur, məqbul bilmədiyi heç bir prosesə qoşulmur, arzulamadığı tərəflərlə bir masa arxasında oturmur. Necə ki, Prezident İlham Əliyev İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan görüşdən imtina etdi. Niyə? Çünki biz görüşdə Türkiyənin də iştirakını istəyirdik. Buna imkan vermədilər. Dedilər ki, görüş Azərbaycan-Ermənistan-Fransa, Almaniya- Avropa İttifaqı formatında keçirilməlidir”.

XQ missiya.az-a isitnadən xəbər verir ki, bunu Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov  Azərbaycanın Qranada görüşündən imtina etməsi barədə Facebook səhifəsindəki paylaşımında qeyd edib. 

R.Əhmədov vurğulayıb ki, Azərbaycanın Dövlət başçısı həmişəki kimi qətiyyət və prinsipiallıq nümayiş etdirərək ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən ölkələrin liderləri ilə bir masa arxasında oturmaq istəməyib:

“Demişdik axı, desktruktiv mövqeyi ilə fərqlənən ölkəmizə qarşı düşmən münasibəti sərgiləyən Fransanın olduğu yerdə biz yoxuq.Sülh danışıqlarına mane olmağa çalışan, İrəvanla Bakı arasında gərginliyin artmasında maraqlı olan Parisin regional məsələlərin müzakirəsində iştirakı bizim üçün qəbuledilməzdir”.

TAİB təsisçisi onu da qeyd edib ki, Azərbaycanın görüşdə Türkiyənin də iştirakında israr etməsi heç də qardaşlıq münasibətlərindən irəli gəlmir: 

“Azərbaycan tamamilə ədalətli olaraq o prinsipə söykənir ki, regionun bu günü və gələcəyi ilə bağlı müzakirələrdə buradan çox- çox uzaqda olan ölkələr iştirak etməməlidir. Cənubi Qafqazla bağlı məsələlərə dair müzakirələrdə iştirak etməyə regionun əsas  güclərindən biri Türkiyənin daha çox haqqı çatır, nəinki Fransa və Almaniyanın”.  

 

Son xəbərlər