Türkiyə XİN 2009-cu ildə qəbul olunmuş, Türk Dövlətləri Təşkilatının (TDT) əsasını qoymuş Naxçıvan bəyannaməsinin 14-cü ildönümü ilə bağlı təbrik məktubu yayıb. Məlumatı “Anadolu” verib.
Bəyannamədə deyilir: “1992-ci ildə türkdilli dövlət başçılarının sammitinin keçirilməsi ilə başlanmış proses bu gün tammənalı beynəlxalq təşkilatın yaranmasına gətirib çıxarıb”.
Bildirilib ki, bu, TDT-yə üzv olan ölkələrin birgə səyləri və güclü iradəsi sayəsində mümkün olub. Hazırda isə təşkilat üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dərinləşməsinə, eləcə də beynəlxalq və regional aktor kimi, bütün dünyada sülh və sabitliyin təmin olunmasına çalışır.
“Türkiyə türk dünyasının birgə səylərlə daha güclü olmasına istiqamətlənmiş addımları davam etdirəcək və türk dünyasının dövlətləri arasında əməkdaşlığın inkişafına nail olacaq”, - deyə bəyannaməsə qeyd edilir.
P.ƏMİRCANOV
XQ