Son illər iqtisadi artımın təmin olunması, nəzərdə tutulmuş ümummilli layihə və proqramlarının uğurla icra edilməsi ölkənin maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 67 milyard ABŞ dollarına çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 14,5 faiz artım deməkdir.
Ölkədə makroiqtisasi sabitliyin təmin olunması fonunda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının da həcmində artım dinamikası baş verir. Belə ki, 2023-cü il oktyabr ayının 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyard 775,3 milyon ABŞ dolları təşkil edib ki, bu da cari ilin sentyabr ayının 1-i ilə müqayisədə 4,4 faiz və ya 410,9 milyon dollar çoxdur.
Bu barədə XQ-yə Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Məlumatda, həmçinin bildirilir ki, bankın valyuta ehtiyatları 2023-cü ilin əvvəli ilə müqayisədə 8,7 faiz, əvvəlki ilin oktyabr ayının 1-i ilə müqayisədə isə 27,5 faiz artıb.
XQ