“Qaradağ” Günəş Elektrik Stansiyası istifadəyə hazırlanır

post-img

Energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda Cənubi Qafqazda ən böyük enerji infrastrukturunun–230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının gələn ay istifadəyə veriləcəyini bildirib. 

İlkin hesablamalara görə, bu stansiyada ildə 500 milyon ki­lovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu da il ərzində 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min ton­dan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa, eləcə də 110 min evin elektrik enerjisi ilə təminatına imkan yaradacaq. 

Ümumi dəyəri, təqribən, 200 milyon ABŞ dolları təşkil edən bu layihə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin in­vestisiyası hesabına həyata keçirilir.

Xatırladaq ki, “Masdar” şirkəti 2006-cı ildə Əbu-Dabi hö­kuməti tərəfindən təsis olunub. Hazırda şirkətin üç təsisçisi var. Bunlar Əbu Dabi hökumətinin “Mubadala” Fondu, ADNOC milli neft-qaz və “TAKA” enerji şirkətləridir.

XQ

İqtisadiyyat