FHN axtarış-xilasetmə işlərini davam etdirir

post-img

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayışla əlaqədar hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər.

Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqə­sində baş vermiş yanğın Fövqəladə Hal­lar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müd­dətdə söndürülüb. 

Qeyd edək ki, ötən gün axtarış-xila­setmə və digər zəruri təhlükəsizlik təd­birlərinin görülməsi məqsədilə FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti hadisə yerinə yola salınıb.

XQ

Son xəbərlər