Qarabağda qalmaq istəməyən erməniəsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.
Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və təhdid ilə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildiriblər. Onlar həm də yolların açıq olduğunu, maneəsiz şəkildə Ermənistana getdiklərini söyləyiblər.
Azərbaycan dilində səlis danışan bir Xankəndi sakini əvvəllər Bakıda yaşadığını və Bakıda da təhsil aldığını bildirib. O, yanğınsöndürən ixtisasına yiyələndiyini, Xankəndidə uzun illər yanğınsöndürmə məntəqəsinin müdiri olduğunu, bu günsə öz istəyi ilə Azərbaycanı tərk etdiyini deyib.
XQ