Baş nazir Türk dövlətlərinin nazirləri ilə görüşüb

post-img

Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısında və 2-ci Türk Aqrobiznes Forumunda iştirak edən kənd təsərrüfatı nazirləri ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, Baş nazir Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirlə­ri Toplantısının və 2-ci Türk Aqrobiznes Forumunun əhəmiyyətini vurğulayıb, bu tədbirlərin Türk dövlətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişa­fına töhfə verəcəyinə əminliyini ifadə edib.

Bildirilib ki, Türk dünyası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbay­can üçün xarici siyasətin əsas prioritetlə­rindən biridir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl təd­birlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisa­diyyatın diversifikasiyasına nail olunub, bütün digər sahələr kimi aqrar sektorun da inkişafı üçün əlverişli şərait yaranıb.

Azərbaycanda aqro-ərzaq sisteminin davamlı transformasiyasının təmin edil­məsi istiqamətində yaşıl enerji, rəqəmsal­laşma və innovativ həllərin tətbiqi barədə söhbət açılıb.

Ölkədə aqroparkların yaradılması prosesinin geniş vüsət aldığı bildirilib, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişaf potensialı barədə məlumat verilib.

Görüşdə Azərbaycanla Türk Dövlət­ləri Təşkilatının üzv və müşahidəçi döv­lətləri arasında kənd təsərrüfatı sahəsin­də həyata keçirilən layihələr, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müza­kirə edilib.

XQ

Son xəbərlər