Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək

post-img

Türkiyə Texnologiya Komandası (T3) Fondu (Türkiye Teknoloji Takımı (T3) Vakfı) 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək.

Anadolu Agentliyi xəbər verir ki, tədbirə öz stendi ilə qatılacaq T3 Fondu TEKNOFEST-də layihə hazırlayan 500 rəqibini də kosmik konqresə aparacaq.

Konqresdə Türkiyə Texnologiya Komandası Fondu Mütəxəssislər Şurasının sədri və TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar da iştirak edəcək. Sözügedən mövzu ilə bağlı Səlcuq Bayraqdar deyib: "Oktyabrın 2-6 tarixlərində Azərbaycanda kosmosun dərinliklərinə qərq olacağımız və elmi araşdırmalarımızı təqdim edəcəyimiz 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. TEKNOFEST-də layihələr hazırlayan 500 rəqiblə orada olacağıq. Bütün naməlumluğu ilə bizi özünə çəkən eyni göy üzünün altında Bakıda bir araya gələcəyik”.

Qeyd edək ki, dünyanın əksər kosmos alimlərinin bir araya gəldiyi bu mühüm elmi tədbir - Beynəlxalq Astronavtika Konqresi hər il 6 mindən çox iştirakçıya ev sahibliyi edir. Astonavtika sektorları və mövzularını əhatə edən konqres ən son kosmik bilik və inkişafları, imkan və əlaqələri, akademiya və sənaye çalışmalarını qarşılıqlı paylaşır.

Anar ƏLİ
XQ

Son xəbərlər