YAP-ın idarə heyətinin iclası

post-img

Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.

YAP-ın mətbuat xidmə­tindən AZƏRTAC-a bildirilib ki, iclasda partiyanın Təftiş Komissiyasının sədri, Mərkə­zi Aparatının əməkdaşları və yerli təşkilatların sədrləri də iştirak ediblər.

YAP Sədrinin müavi­ni-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə Pre­zident, Müzəffər Ali Baş Ko­mandan, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun həyata keçirdi­yi lokal antiterror tədbirləri­nin uğurla başa çatmasının əhəmiyyətindən bəhs edib. Bu hadisəni ulu öndər Hey­dər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdir­diyi siyasətin növbəti təntənə­si kimi qiymətləndirən YAP Sədrinin müavini qeyd edib ki, antiterror tədbirlərinin Er­mənistana dəstək verən bey­nəlxalq dairələrin ölkəmizə qarşı nümayiş etdirdiyi qey­ri-obyektiv və qərəzli müna­sibət fonunda baş verməsinə baxmayaraq, Prezident İlham Əliyevin dəmir iradəsi və prin­sipial mövqeyi nəticəsində Azərbaycanın haqq işi növbə­ti dəfə qələbə ilə yekunlaşdı. 

Sonra YAP Goranboy rayon təşkilatının sədri El­çin Şamil oğlu İsmayılovun vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.

YAP Füzuli rayon təşkila­tının sədri vəzifəsinə Nazimə Pəsərək qızı Şamıyevanın, YAP Goranboy rayon təşki­latının sədri vəzifəsinə isə Samir Hatəm oğlu Qocaye­vin təyin edilməsi məsələsinə baxılıb. Müzakirələrdən sonra hər iki namizədin irəli sürülən vəzifələrə təyin olunması barədə qərar qəbul olunub. 

İdarə Heyətinin iclasında YAP-ın üzvlüyündən xaric edilməsi təklif olunan şəxs­lərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb. İdarə Heyətinin üzvü Elnarə Akimova çıxış edərək məsələyə münasibət bildirib. 304 nəfərin partiya­nın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıra­larından xaric edilməsinə dair qərar qəbul olunub.

Sonda cari məsələlər mü­zakirə edilib.

Son xəbərlər