Bloger Aleksanyan: Xankəndini tərk etmək dörd min dollara başa gəlir

post-img

Erməni bloger Natali Aleksanyan bəyan edib ki, Xankəndidəki qanunsuz xunta nümayəndələri Qarabağ ermənilərinin Ermənistana getməsinə mane olurlar. Onun sözlərinə görə, Ermənistana getmək üçün adambaşına 4 min dollar tələb olunur.

O, bu barədə öz Facebook səhifəsində yazıb.

“Qarabağda qanunsuzluq hökm sürür və insanlardan pul qazanmaq yeni vüsət alır. Dünən öyrəndim ki, Qarabağ hakimiyyəti Rusiya sülhməramlıları ilə birlikdə insanların Ermənistana təxliyəsi üçün 4 min dollar pul tələb edir. Bu məlumatı dəqiqləşdirmək üçün Qarabağdakı dostlarımla əlaqə saxladım, onlar da məlumatı təsdiqlədilər.

Əgər bundan əvvəl bizə deyirdilər ki, insanların çıxışına mane olan Azərbaycandır, indi məlum oldu ki, çıxışı sülhməramlılarla birlikdə bağlayan Qarabağ hakimiyyətidir ki, çıxmaq üçün çıxılmaz vəziyyətə düşən insanlardan külli miqdarda pul qoparıblar. Bu ağır günlərdə də cinayətkarlar milyonlar qazanmaq fürsətini əldən vermirlər.

Mən bu qeyri-qanuni vəziyyətdən getdikcə daha çox məyus oluram”, -deyə bloger yazır.

Xatırladaq ki, daha əvvəl jurnalist Tereza Asatryan yazmışdı ki, bir nəfərin Qarabağdan İrəvana helikopterlə daşınması 1,5 milyon dram (3,9 min ABŞ dolları - red.) başa gəlir.

XQ

Son xəbərlər