Mərakeş Fransa və İranın yardımından imtina edib

post-img

Mərakeş Kralı IV Məhəmməd Fransa və İranın zəlzələdən zərər çəkənlərə humanitar yardımından imtina edib. Məlumatı “Radio Farda” yayıb.

Bildirilib ki, son günlər İranın bir sıra yüksək vəzifəliləri, Prezident İbrahim Rəisi, parlamentin sədri Məhəmməd­baqer Qalibaf, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Qızıl Aypara Cə­miyyətinin başçısı adından Mərakeşə humanitar yardım edilməsi ilə bağlı dəfələrlə müraciət edilib. Ancaq rəsmi Rabat yardımı qəbul etməyib.

Məlumata görə, 5 il əvvəl Mərakeş Livan “Hizbullah”ı, POLİSARİO (Seyid əl Hamra və Rio-de Qronun Azadlığı Cəbhəsi) cəbhəsini dəstəklədiyi üçün İranla əlaqələri kəsib. Bu cəbhə Qərbi Saxarada fəaliyyət göstərən hərbi-si­yasi təşkilatdır. Bu silahlı qruplaşma 1970–1980-ci illərdə Mərakeş və Mav­ritaniya silahlı qüvvələrinə qarşı fəal silahlı mübarizə aparıb. 1979-cu ildən BMT POLİSARİO cəbhəsini Qərbi Saxara xalqının qanuni nümayəndəsi kimi tanıyıb. Cəbhə Sosialist İnternasi­onalında müşahidəçi statusuna malik­dir. 1982-ci ilin fevralında POLİSARİO Afrika İttifaqı Təşkilatına üzv olub. 15 il əvvəl krallıqda dini quruluşu dəyiş­məyə cəhd etdiyi üçün Mərakeş İranın Rabatdakı səfirliyini ittiham etmişdi.

Son zamanlar İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei və Pre­zident İbrahim Rəisinin müraciətlərinə baxmayaraq, Mərakeş onlara müsbət cavab verməyib. 

Qeyd edək ki, Mərakeşin Fransa­nın humanitar yardımından imtina et­məsi də siyasi motivlidir. Kral hələ ki Böyük Britaniya, İspaniya Birləşmiş Ərəb Əmirlikləri və Qətərin yardım təklifinə müsbət cavab verib. Xatırla­daq ki, Mərakeşi XVII əsrdən ələvilər sülaləsi idarə edir.

Sonda qeyd edək ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıq­lamaya görə, cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyab­rın 8-də saat 02:11-də) 7 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət nəticə­sində ölənlərin sayı 2 862, yaralıların sayı isə 2 562 nəfərə çatıb.

XQ

Son xəbərlər