Gömrük daxilolmaları 10 faiz artıb

post-img

Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə cari ilin yanvar–iyul aylarında büdcə daxilolmaları 4 milyard 159,4 milyon manat təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18 faiz artaraq 1 milyard 69 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,4 faiz ar­taraq 2 milyard 913 milyon manat, aksizlər üzrə daxilolmalar 38,8 faiz artaraq 148 milyon manat olub.

XQ

Son xəbərlər