Macarıstanın beynəlxalq əlaqələr üzrə dövlət katibi Zoltan Kovacs özünün sosial media hesabında Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan ölkəsinin Ermənistanın işğalından azad olunan Azərbaycan torpaqlarında tikinti-quruculuq işlərinə başlayacağı barədə paylaşım edib.
Z.Kovacs bildirib ki, 2024-cü ildə Macarıstan Qarabağ bölgəsinin yenidən qurulmasında iştirak edəcək. Bu iş üçün ölkəsinin tikinti şirkətlərindən ibarət konsorsium yaradılan və həmin qurum Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək. Macar rəsmisi əlavə edib ki, Azərbaycan hökuməti bununla bağlı planları təsdiq edib və bəzi müqavilələr də artıq imzalanıb.
Paylaşımda o da qeyd edilir ki, sözügedən məsələ Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Macarıstana səfəri zamanı vurğulanıb.
XQ

