Bişkek Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

post-img

Qarabağda baş vermiş hadisələrlə əlaqədar olaraq Qırğız Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir.

Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğız Respublikası bü­tün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır”, – nazirlik qeyd edib.

XQ

Son xəbərlər