İnformşura: Feyk xəbərlərlə mübarizədə səylərimizi birləşdirməliyik

post-img

Sentyabrın 12-də Bişkekdə MDB ölkələri Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXIX iclası keçirilib. 

İclasda AZƏRTAC-ın İdarə Heyə­tinin sədri Vüqar Əliyev, Rusiyanın TASS agentliyinin baş direktoru And­rey Kondraşov və birinci müavini Mixail Qusman, Qırğızıstanın KABAR agent­liyinin baş direktoru Mederbek Şerme­taliyev, Belarusun BelTA agentliyinin baş direktoru İrina Akulina, həmçinin UzA (Özbəkistan) və TDH (Türkmə­nistan) agentliklərinin nümayəndələri iştirak ediblər. 

Tədbirdə Qırğızıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Erbol Sul­tanbayev informasiya məkanında baş verən dəyişiklikləri qeyd edərək bu baxımdan aparıcı xəbər agentliklərinin sıx əməkdaşlığının önəminin artdığını vurğulayıb. 

İnformşuranın sədri, TASS agentli­yinin baş direktoru Andrey Kondraşov qurum üzvlərinin feyk xəbərlərlə müba­rizədə səylərini birləşdirmələrinin vacib olduğunu söyləyib

AZƏRTAC-ın İdarə Heyətinin səd­ri Vüqar Əliyev agentliyin beynəlxalq əlaqələrindən danışıb, tərəfdaşlarla xəbər mübadiləsini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. 

***

Həmin gün Qırğızıstanın Baş naziri Akılbek Japarov MDB xəbər agentliklə­ri rəhbərləri ilə görüşüb.

Görüş əsnasında Baş nazir Akılbek Japarov İnformşuranın xalqlar ara­sında dostluq və mehriban qonşuluq əlaqələrinin inkişafına töhfə verdiyini qeyd edib. O, MDB-nin aparıcı xəbər agentliklərinin informasiya mühitinin sağlam qalmasında rolunun yüksək ol­duğunu vurğulayıb. 

İnformşuranın sədri, TASS agentli­yinin baş direktoru Andrey Kondraşov qurum haqqında danışıb və bu gün Bişkekdə keçiriləcək iclasın gündəliyi barədə məlumat verib. 

Qeyd edək ki, Bişkekdə İnformşu­ranın növbəti iclası keçiriləcək. İnfor­masiya agentliklərinin rəhbərləri qar­şıda duran vəzifələri və birgə layihələri müzakirə edəcəklər. 

XQ

Son xəbərlər