Sosial şəbəkələrdə hərbçilərlə bağlı yalan məlumatlar paylaşan şəxslərlə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.
“Tik-Tok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü Pərviz Vüqar oğlu İbrahimli polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb.
Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
XQ