Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir

post-img

Azərbaycan Ordusunun bölmələ­rinin hərtərəfli təminatı və qoşun xid­mətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaş­dırılması istiqamətində həyata keçirilən zəruri tədbirlər davam edir.

Azad edilmiş ərazilərdə yerləşən böl­mələrdə günün nizam qaydalarına uy­ğun olaraq qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.

Döyüş növbətçiliyinə cəlb edilən şəx­si heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji ha­zırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçi­rilir. Asudə vaxtlarda hərbi qulluqçuları­mıza ölkəmizdə və dünyada baş verən ictimai-siyasi vəziyyət haqqında məlumat verilir.

Eyni zamanda, şəxsi heyət mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunur.

Peşəkar hərbi qulluqçularımız hər an ehtimal olunan istənilən təxribatın qarşı­sını almağa hazır və qadirdir.

XQ

 

Son xəbərlər